
Hüseyn Bağırov Almaniyada iqlim dəyişmələri üzrə konfransda iştirak edir
0
0
Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə öz işinə başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, prezident İlham Əliyevin tapırığına əsasən, konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Ficinin Baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı 17 noyabr 2017-ci il tarixinədək davam edəcək.
0
0