Heyvan xəstəliklərinə nəzarətlə bağlı yeni layihə hazırlanır
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə milli potensialın gücləndirilməsi sahəsində yeni layihəyə start verir.
APA xəbər verir ki, təqdimat mərasimində AQTA sədri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin, müvafiq beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qurumlarının potensialının artırılmasıdır. Ölkədə insan və heyvan sağlamlığı, qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin artırılmasına töhfə verəcək layihə çərçivəsində Milli Referans Laboratoriyası və 6 Regional Sınaq Laboratoriyalarının əməkdaşları, eləcə də bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar təlimlərə cəlb ediləcəklər.
454