Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 20-də saat 1100-da Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsində vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a naziliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən rayonlarının sakinləri iştirak edə bilərlər. Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.