Heydər Əliyev Fondunun dəstəyi ilə Balakəndə bağça tikilib
02 sentyabr 2015 19:33 (UTC +04:00)

Heydər Əliyev Fondunun dəstəyi ilə Balakəndə bağça tikilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Balakən şəhərində inşa edilən bağçanın tikintisinə yekun vurulub. Lent.az-ın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, fondun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının tikintisi başa çatıb. Şəhərin Məhəmməd Əsədov küçəsində inşa edilən iki mərtəbəli binanın tikintisinə cari ilin martında başlanılıb. Milli memarlıq üslubunda tikilən bina küçəyə xüsusi yaraşıq verir. Bağça binasında yataq, məşğələ və oyun otaqları, musiqi zalı, mətbəx, yeməkxana yerləşir. Binanın həyətində yanğın əleyhinə və içməli su çənləri qoyulub, transformator, nasosxana quraşdırılıb. Həyət tam abadlaşdırılıb, uşaqlar üçün istirahət guşələri yaradılıb.

 

Uşaq bağçası binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar