Həsən Ruhani də Urmiya gölü ilə bağlı köhnə bayatı çağırır
25 yanvar 2014 04:13 (UTC +04:00)

Həsən Ruhani də Urmiya gölü ilə bağlı köhnə bayatı çağırır

İran hakimiyyəti qurutduğu Güney Azərbaycanın qərbindəki Urmiya gölü ilə bağlı tənqid etdiyi keçmiş Mahmud Əhmədinejadın vədlərini təkrarlamağa başlayıb.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, İslam Respublikasının parlament üzvləri Xəzərdən Urmiyaya suyun nəqli ilə  bağlı layihəni təsdiqləyib.

 

Bu xəbəri ölkənin energetika naziri Həmid Çitçian nazirlər kabinetinin iclasında söyləyib. Onun sözlərinə əsasən, İranın dövlət büdcəsindən sözügedən layihənin gerçəkləşdirilməsi üçün vəsait ayrılıb.

 

Xatırladaq ki, bir müddət öncə İran prezidenti Həsən Ruhani Urmiya gölünün qurumasında keçmiş hökuməti tənqid etmişdi. Ancaq indiki hökumət başçısı və onun kabinetinin davranışı onların Əhmədinejad kabinetini təkrarladığını təsdiqləməkdədir.

Qeyd edək ki, Urmiyaya Xəzərdən suyun nəql edilməsini həmin hökumətdə planlaşdırmışdı. Hətta bu məqsədlə maliyyə vəsaiti ayrıldığını da bildirmişdilər. İndiyə kimi bu məqsədlə Tehran hakimiyyəti bir neçə milyon dollar ayırdığını bildirsə də Urmiya gölünün qurumasının qarşısının alınmasına bunu heç bir faydası olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

Oxşar yazılar