Həsən Əliyev küçəsinin bir hissəsi 6 günlük bağlanır
01 iyul 2014 16:42 (UTC +04:00)

Həsən Əliyev küçəsinin bir hissəsi 6 günlük bağlanır

0

Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşıb.


 

Sabah səhər saatlarından orada xətlənmə işləri həyata keçiriləcək.

 

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, yolun xətlənmə işlərindən sonra sabah gün ərzində həmin hissənin açılması gözlənilir.

 

“Bundan sonra isə həmin küçənin A. Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsində təmir-bərpa işləri başlayacaq. Yaxın 6 gündə həmin ərazidə işlər yekunlaşacaq”, - deyə P. Mürsəliyev bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar