Həsən Əliyev küçəsində təmir işləri yekunlaşdırılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata əsasən, Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri tamamlanıb. Hazırda yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin rənglənməsi işləri aparılır.
Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi planlaşdırılır.