Hər bir vətəndaş şəxsi pensiya hesabındakı vəsaitə nəzarət edə bilər
03 mart 2015 23:24 (UTC +04:00)

Hər bir vətəndaş şəxsi pensiya hesabındakı vəsaitə nəzarət edə bilər

Hər bir sığorta olunanın ödədiyi məcburi dövlət sosial sığorta haqları onların fərdi hesabında əks olunur və istənilən şəxs Dövlət Sosial Müdafiə Fondunun (DSMF) tətbiq etdiyi elektron xidmətlər vasitəsilə şəxsi hesabında toplanmış vəsaitlərə nəzarət etmək imkanına malikdir.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov Şəkidə jurnalistlərə müsahibəsində deyib.

 

Şöbə müdiri bildirib ki, bölgələrdə keçirilən “Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı günü” - vətəndaş forumu da məhz hər bir şəxsin ödədiyi məcburi sosial sığorta haqqının onların gələcək pensiya təminatında əsas vasitə olduğunu sığorta olunanların nəzərinə çatdırmaq məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar