Həkimlərin işə qəbulu ilə bağlı imtahan keçirilib
27 iyun 2013 17:18 (UTC +04:00)

Həkimlərin işə qəbulu ilə bağlı imtahan keçirilib

Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində mərkəzləşdirilmiş qaydada işə qəbula dair növbəti imtahan keçirilb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Onlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb. İştirakçıların sayı nəzərə alınmaqla işə qəbul imtahanlarının 27 iyun, 2 iyul və 4 iyul tarixlərində keçirilməsi planlaşdırılıb. Bu gün keçirilmiş imtahanda 90 nəfər iştirak edib.

 

Qeyd edək ki, prezidentin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Mərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar