Həkimlərimiz beynəlxalq təşkilatın Avro-Asiya regionu üzrə nümayəndəsi statusunu alıb
11 dekabr 2013 13:28 (UTC +04:00)

Həkimlərimiz beynəlxalq təşkilatın Avro-Asiya regionu üzrə nümayəndəsi statusunu alıb

Ankarada Dünya Tibb, Tibbi Araşdırmalar-Texniki və Etik elmlər Akademiyasının ( WAMBES ) açılış və inequrasiya toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, “Hilton” otelində baş tutan toplantıya 28 ölkədən 66 elmi birlik və ictimai təşkilatların nümayəndəsi qatılıb. ABŞ, Almaniya, Avstraliya, Argentina, Fransa, Braziliya, İngiltərə, İspaniya , İsveçrə, İran, Küveyt, Kanada, Yaponiya kimi və s. ölkələrin təmsil olunduğu bu tədbirə Azərbaycan da öz nümayəndə ilə iştirak edib. Azərbaycanı bu tədbirdə Həyat Hemodiyaliz və Böyrək Köçürülmüş Xəstələrin İctimai Birliyinin sədri Hikmət İsmayılov və “Tibbi Xəbərlər” analitik- informasiya jurnalının baş redaktoru Şahin Musaoğlu təmsil edib.

 

Şahin Musaoğlu Lent.az-a açıqlamasında bildirib ki, beynəlxalq təşkilat kimi WAMBES adını daşıyan akademiya tibbin inkişaf prespektivləri, tibbi araşdırmaların və klinik çalışmaların dövlətlər arası mübadiləsi, tibdə etik standartların və tibbi xidmətin keyfiyyət göstəricilərinin artırılması istiqamətində atılan addımları dəstəkləmək, həyata keçirmək amacı ilə fəaliyyət göstərəcək: “Bu məqsədlə yaradılan akademiya beynəlxalq tədbirlər, toplantılar, kurslar və konfransların təşkil olunması, elmi klinik və elmi kütləvi məqalələrin nəşri və yayılması eləcə də bu istiqamətdə aparılan tədqiqatların təhlili, tətbiqi və qiymətləndirilməsi yönündə atılacaq bütün tədbirləri həyata keçirəcək. Dünya dövlətlərini 8 region üzrə təmsil edən akademiya, mərkəzi ofisi İsveçrədə qeydiyyatdan keçməklə Ankarada fəaliyyət göstərəcək”.

 

Qeyd edək ki, idarə heyətinə həqiqi üzv seçilən həmyerlilərimiz Hikmət İsmayılov və Şahin Musaoğlu bu akademiyanın Avro-Asiya regionu üzrə nümayəndəsi statusu alıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471
avatar

Oxşar yazılar