Həcc ziyarəti üçün kvota təyin olundu
09 aprel 2019 14:44 (UTC +04:00)

Həcc ziyarəti üçün kvota təyin olundu

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu elan olunanda kvota qoyulmasa da, sonradan 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat verib.

Məlumatda göstərilib ki, artıq Həcc ziyarətinə getmək üçün 400-dən artıq insan müraciət edib:

“Həcc ziyarətinə sənəd qəbulu bu il iyunun 4-də başa çatacaq. Yəni Ramazanın son günü. Vaxta az qaldığı üçün sənədlərini təqdim etmək istəyənlər prosesi sürətləndirməlidirlər”.

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Aygün İbrahimli

Oxşar yazılar