Havanın temperaturu 5 dərəcə aşağı düşəcək
02 iyul 2013 13:02 (UTC +04:00)

Havanın temperaturu 5 dərəcə aşağı düşəcək

Yaxın iki gün ərzində ölkə ərazisində qeyri-sabit, küləkli hava şəraiti müşahidə olunacaq. qeyri-sabit küləkli hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı istisna olunmur. Gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Şimal- qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 19-22 ,gündüz 27-32 dərəcə  isti olacağı gözlənilir.

 

İyulun 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz

keçəcəyi gözlənilir. Küləkli hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu gecə 18-21, gündüz 26-31 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında iyulun 3-də və 4-də əsasən gecə və axşam şimşək caxacağı, qısa müddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimalı var. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu iyulun 3-də gecə 18-23 , gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

 İyulun 4-də isə havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-14, gündüz  19-24 dərəcə isti təşkil edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1835

Oxşar yazılar