Havanın temperaturu 17 dərəcəyə qalxacaq
18 yanvar 2014 12:35 (UTC +04:00)

Havanın temperaturu 17 dərəcəyə qalxacaq

Yanvarın 19-da Bakıda yağmursuz hava şəraiti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında isə mülayim şimal qərb küləyi axşama doğru güclənəcək. Havanın temperaturunun gecə 2-5, günün I yarısında 10-15, axşama doğru 6-8 dərəcə isti olacağı gözlənilir. q.

Bakı və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntı ola bilər. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, bəzi yerlərdə 17 dərəcəyədək, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

 

 

# 855
avatar

Oxşar yazılar