Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20 dərəcə, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 20-22 dərəcəyə çatacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 19-24 - dərəcə olacaq.
İyunun 6-dək respublikanın rayonlarında hava şəraitinin isti olacağı gözlənilir ki, bu da payızlıq dənli əkinlərdə və meyvə ağaclarında məhsulun yetişməsi, çoxillik otların boy atması və biçini, aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq. Lakin yaxın keçmişdə yağmış yağış nəticəsində gövdələrin yerə yatması ilə əlaqədar payızlıq dənli əkinlərdə məhsulun yığımı üçün şərait bir qədər çətin olacaq.