Hava yağmursuz olacaq
14 mart 2014 12:39 (UTC +04:00)

Hava yağmursuz olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində səhər çiskin olacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar