Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının işində ciddi çətinlik yaranmayıb. Avtovağzalın məlumat bürosunun əməkdaşı Fərqanə Babayevanın Lent.az-a verdiyi məlumata görə, hava şəraiti ilə əlaqədar səhər saat 08:30-da Bakıdan Gəncəyə iki, Ağsu rayonuna isə bir avtobus reysi təxirə salınıb.
Qalan rayonlara gedən avtobusların hərəkətində isə maneə yaranmayıb.