Hava proqnozu: Temperatur 10 dərəcə enəcək
29 iyun 2014 13:15 (UTC +04:00)

Hava proqnozu: Temperatur 10 dərəcə enəcək

0

İyunun 30 da Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 gündüz,  24-28 dərəcə isti olacaq. Bölgələrimizdə də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 , gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq. Güclü şimal qərb küləyi iyul ayının 1-dən mülayimləşəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2192

Oxşar yazılar