Bakıda və Abşeron yarımadasında iyunun 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 18-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində 37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 19-da hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, bəzi yerlədə 38 dərəcə, dağlarda gecə 10-15, gündüz 20-25 (bəzi yerlərdə 28 dərəcə) dərəcə isti olacağı gözlənilir.