Hacıqabulda ailə hüququ mövzusunda tədbir keçirilib
19 sentyabr 2014 17:55 (UTC +04:00)

Hacıqabulda ailə hüququ mövzusunda tədbir keçirilib

 

 

“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Uğurlu gənc ailə modeli formalaşdıraq!” layihəsi çərçivəsində növbəti tədbiri Haçıqabul şəhər Heydər Əliyev Mərkəzində həyata keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, tədbirə bölgədə fəaliyyət göstərən yerli media nümayəndələri, rayon icra strukturlarının, QHT-lərin və ictimaiyyətin nümayəndələri qatılıblar.

 

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin nümayəndəsi Yusif Poladov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ailə hüququ sahəsində gəncləri maarifləndirmək, nikah qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək vermək, nikah müqaviləsinin səmərəliliyi və üstün cəhətləri üzrə əhali arasında geniş maarif və təşviqat kampaniyasını təşkil etməkdir. Nikahla bağlı qanuna dəyişikliklərin olunması haqqında məlumat verən Y. Poladov qeyd edib ki, bundan sonra nikaha girən hər iki tərəf sağlamlıqla bağlı tibbi arayış təqdim edəcək.  Bu da ailə qurmaq istəyən gənclərin gələcək ailə həyatında müsbət rol oynayacaq.

 

Tədbirdə Hacıqabul rayon icra strukturlarının nümayəndələri də çıxış edərək, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışıb, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğulayıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493
avatar

Oxşar yazılar