Güzəştli təhsil kreditlərinin verilməsi niyə gecikir?
09 fevral 2014 11:22 (UTC +04:00)

Güzəştli təhsil kreditlərinin verilməsi niyə gecikir?

"Azərbaycanda təhsil kreditlərinin verilməsi ilə bağlı qanun layihəsinin qəbuluna bilavasitə banklar maneə yaradır. Çünki orada güzəştli kreditlərdən söhbət gedir. Buna görə banklar layihənin qəbul olunmasını istəmir". Layihənin müəlliflərindən biri olan milllət vəkili Vahid Əhmədov bildirib ki, hazırda Azərbaycanda banklar təhsil kreditləri verir, lakin onların müddəti az, faiz dərəcələri isə olduqca yüksəkdir:

 

"Qanun layihəsində vurğulanıb ki, əgər bu istiqamətdə problem yaranarsa bankın zərəri dövlət hesabına da ödənilə bilər".

 

Millət vəkili Vahid Əhmədov hesab edir ki, təhsilin inkişafı naminə şəxsi  maraqlara son qoyulmalıdır. O deyir ki, təhsil kreditləri haqqında" qanunun qəbulu vacibdir. Çünki  təhsil kreditləri məsələsi təhsilin inkişafı üzrə dövlət strategiyasında da əksini tapıb. Tələbələr də güzəştli təhsil kreditlərinin verilməsinin ali təhsil alan gənclərə böyük dəstək olduğunu deyirlər.

   Təhsil Nazirliyi imkansız ailələrdən olan tələbələrə təhsil kreditlərinin verilməsinin şərtlərini müəyyənləşdirməyə başlayıb. Nazirlikdən bildiriblər ki, hazırda bununla bağlı təkliflər hazırlanır. Tələbənin aztəmintalı olub-olmaması isə dövlətin aztəminatlı ailələr üçün müəyyən etdiyi meyarlara əsasən bilinəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar

Təhsil İdarəsində NÖQSANLAR:  33 direktor işdən çıxarıldı

Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı

23 iyul 2025 , 12:51
Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

23 iyul 2025 , 12:20
Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20