Tehran hakimiyyətinin yürütdüyü etinasız siyasət ucbatından Güney Azərbaycan bir sıra kənd və şəhərlərinin boşalması ilə bağlı illərdir xəbərlər yayılır.
Buna səbəb kimi daha çox problemlər işsizlik, yaşayış şəraitinin ağırlığı kimi amillər göstərilir.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, Azərbaycanın Binab şəhərinin əhalisi də bu kimi səbəblərdən köçməyə başlayıb.
Yanvarın 30-da İran parlamentindəki Binabdan olan deputat Məhəmməd Baqiri-Binabi şəhərin su və kanalizasiya sistemi ilə bağlı keçirilən tədbirdə deyib ki, əgər kəndlilər içməli suyla təmin edilməzsə, bu köç davam edəcək.
Deputatın sözlərinə görə, bu bölgə əhalisinin yarısı kəndlərdə yaşayır, kəndlərin su, o cümlədən içməli su ilə təmin edilməsində ciddi problemlər var.