Gündə iki fincan kofe bunlara səbəb olur
Gündə iki fincan qəhvə içmək ömrü uzadır. e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, qəhvənin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. “European Journal of Epidemiology” adlı elmi nəşrdə dərc olunan yeni bir araşdırmaya görə, gündə 2 fincan qəhvə içməyin sağlamlığa qeyri-adi təsiri var. Araşdırmaya görə, gündə 2 fincan qəhvə içmək insan ömrünü təxminən iki ilə qədər uzadır. 4 milyona yaxın insan barədə və yarım milyona yaxın ölüm halı ilə bağlı aparılan 40 araşdırma təhlil ediləndən sonra məlum olub ki, qəhvə içmənin ölüm səbəbləri ilə heç bir əlaqəsi yoxdur.
Alimlər belə qənaətə gəliblər ki, gündə iki-dörd fincan qəhvə qəbul edənlərin arasında ölüm halları heç qəhvə qəbul etməyənlərlə müqayisədə daha azdır.
Qəhvənin xərçəng, ürək-damar, şəkərli diabet və tənəffüs yolları xəstəliklərinin yaranması və ölüm riskini azaltdığı bildirilir.
1036