Həbsdə olan sabiq deputat Gülər Əhmədova Bakı Dövlət Universitetinin müəllimi olaraq qalır.
Lent.az-ın azvision.az-a istinadən xəbərinə görə, bu barədə Bakı Dövlət Universitetin (BDU) mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, G.Əhmədovanın məhkəmə işi tam yekunlaşmadığından onun BDU-dan xaric edilməsi ilə bağlı qərar qəbul edilməyib.
“Gülər Əhmədovanın adı hələ də Bakı Dövlət Universitetinin müəllimlər siyahısındadır. Məhkəmə işi tam yekunlaşmadığından onun adının BDU-nun siyahısından çıxarılması haqqında hələ ki qərar yoxdur”-deyə BDU-dan qeyd edilib.
Xatırladaq ki, eks-deputat həbs edilənədək BDU-nun Psixologiya kafedrasında müəllim işləyib. G.Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.
Eks-deputat hökmdən Apellyasiya Məhkəməsinə şikayət etsə də bu, təmin edilməyib. Şikayəti qəbul olunmayan sabiq millət vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib.