Güclü külək əsəcək, temperatur düşəcək
18 iyul 2013 12:37 (UTC +04:00)

Güclü külək əsəcək, temperatur düşəcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 19-da gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, iyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

 

Yaxın 2 gündə Abşeron yarımadasında güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3778
avatar

Oxşar yazılar