Xalqımız böyük xalqdır! Məhz bu xalq dünyaya böyük dahilər bəxş etmişdir. Zaman-zaman xalqımızı əsarətdə saxlamaq istəsələr də azadlıq sevər xalqımız hər zaman öz azadlığını qanı bahasına olsa da əldə etməyi bacarmışdır. Azərbaycan xalqı azad,tolerant və yüksək mənəvi dəyərlərə malik xalqdır.
Sovetlərin əsarətindən çıxdıqdan sonra düşmənlər və sapı özümüzdən olan “baltalar” tərəfindən tabe etmək məqsədi ilə xalqımızın başına müsibətlər gətirilmişdir. Ölkənin resursları tamamilə talanmış və dağıdılmışdır və faktiki olaraq xalq məhvə məhkum edilmişdir. Lakin Azərbaycan xalqı belə vəziyyətdə də öz müdrikliyini göstərdi və xalqı belə vəziyyətdən xilas edəcək şəxsi hakimiyyətə gətirdi. Zaman bu addımın nə qədər düzgün seçim olduğunu tam olaraq isbat etmiş oldu. Ölkənin böhrandan çıxarılaraq inkişaf yoluna qədəm qoyması, dünya ictimaiyyətində Azərbaycana qarşı olan hücumların qarşısının alınması məhz hakimiyyətə xalq tərəfindən gətirilən Ulu Öndər Heydər Əliyevin düzgün siyasətinin nəticəsi idi.
Bugün ölkə böyük templərlə inkişaf edir, dünya ictimaiyyətində Azərbaycanın da sözü qəbul edilir, Azərbaycan dedikdə yüksək templə inkişaf edən və tolerantlıq ölkəsi nəzərdə tutulur. Təsadüfi deyil ki, Azərbaycanda hər il yeni iş yerləri açılır və əhalinin məşğulluğu təmin edilir. Ölkədə stabillik hökm sürür, əhalinin yoxsulluq göstəricisi ildən ilə aşağı düşməkdədir. Gənclər sabahına inanır, gənclərin inkişafı üçün mühüm işlər həyata keçirilir, onların nüfuzlu xarici dövlətlərdə təhsil almaları üçün dövlət tərəfindən tam dəstək həyata keçirilir.
Sözsüz ki, sadalanan hər bir uğurun arxasında Ulu Öndər yolunun davamçısı, hər bir Azərbaycan vətəndaşının prezidenti, cənab İlham Əliyev dayanmaqdadır. Prezident İlham Əliyevin məhsuldar fəaliyyətinin nəticəsində Azərbaycan beynəlxalq aləmdə özünə xüsusi yer tutmaqdadır. Azərbaycan Regionun lider ölkəsi kimi qəbul olunur və Regionda həyata keçirilən istənilən layihələrin uğurlu olması üçün Azərbaycanın iştirakı zəruridir. Azərbaycan tərəfindən həyata keçirilən layihələrin nəticəsində digər Region ölkələrinin də inkişafı sürətlənmiş olur. Bugün tam əminliklə qeyd etmək olar ki, Azərbaycan hakimiyyəti qarşısına qoyduğu bütün məsələləri yerinə yetirdi.
Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, Ermənistanda bugün tənəzzül artan tempdə getməkdədir. Faktiki olaraq Ermənistanın regiondan təcrid olunması dövləti məlum olan bütün böhranlarla üz-üzə qoymuşdur. Azərbaycan rəsmi olaraq Qarabağ ərazisində yaşayan erməniləri öz vətəndaşları kimi qəbul etdiyini bəyan etmiş və onları inkişaf edən Azərbaycanda daha yaxşı həyatın gözlədiyini bildirmişdir. Məhz bunun səbəbidir ki, bugün artıq erməni xalqı işğalçı rejimdən Qarabağ probleminin həllini tələb etməkdədir. Bir çox politoloqlar belə Ermənistanın böhrandan çıxarılmasını məhz Azərbaycanla sülhün imzalanmasında görməkdədir.
Azərbaycan xalqı müdrik və böyük xalqdır! Xalqın tələbi isə ölkənin daha da inkişaf etdirilməsi işsizliyin tam olaraq aradan qaldırılması və Qarabağ probleminin yaxın zamanda həll olunmasıdır. Hakimiyyətə savadlı, geniş dünyagörüşü, idarəçilik təcrübəsi olan bir şəxsin – İlham Əliyevin gəlməsi məhz xalqın tələbidir. Xalq öz prezidentinə inanır və ona arxalanır!
Hümbətov Tural
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B., baş katib