Gömrük Komitəsi Türkiyə televiziyasında yayımlanan reportaja münasibət bildirib
23 yanvar 2016 14:34 (UTC +04:00)

Gömrük Komitəsi Türkiyə televiziyasında yayımlanan reportaja münasibət bildirib

 

Dövlət Gömrük Komitəsi Türkiyə televiziyasında yayımlanan reportajın məzmunu ilə bağlı açıqlama yayıb.

 

Lent.az qurumun saytına istinadən xəbər verir ki, açıqlamada deyilir:

 

“Yanvarın 22-də bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Rrspublikasındakı televiziya kanallarından birində yayımlanan proqramda Azərbaycan Respublikası vətəndaşı Rasim İsgəndərlinin Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirdiyi həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

 

Dövlət Gömrük Komitəsi bildirir ki, Rasim İsgəndərli bu ilin yanvar ayının 8-də Türkiyə Respublikasına səyahət edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük sərhədini keçən zaman baqaj vəya əl yükündə özünün iddia etdiyi kimi göyərçin quşları olmayıb və Rasim İsgəndərli ölkədən göyərçin quşları aparmaq istədiyi barədə hər hansı gömrük orqanına müraciət etməyib.

 

Onu da qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, eləcə də respublikamızın bütün sərhəd-gömrük keçid məntəqələrində gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısı hər kəsin yaxşı görə biləcəyi lövhələr də yerləşdirilib. Üstəlik vətəndaşlar Dövlət Gömrük Komitəsinin internet səhifəsindən və bütün sərhəd-gömrük keçid məntəqələrində yerləşdirilən informasiya köşkləri vasitəsilə də bu barədə məlumat ala bilərlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar