Gənclər üçün liderlik qabiliyyəti təlimi
22 sentyabr 2014 10:59 (UTC +04:00)

Gənclər üçün liderlik qabiliyyəti təlimi

“Demokratik Azərbaycan Naminə” İctimai Birliyi (DANİB) gənclərin liderlik qabiliyyəti mövzusunda təlim keçirib. Lent.az-ın məlumatına görə, 30-a qədər gəncin iştirak etdiyi düşərgədə gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Toplantını giriş sözü ilə açan DANİB sədri Elməddin Behbud rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması olduğunu deyib.

 

Dövlət gənclər siyasətinin əsas məqsədləri haqqında danışan DANİB sədri hər zaman milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, dilimizin müdafiəsində durmaqla yanaşı dünyanın qabaqcıl elmi biliklərinə sahiblənməyin də vacibliyini vurğulayıb.

 

Daha sonra qhtxeber.az saytinin baş redaktoru Senan Najafov düşərgə iştirakçılarının qonağı olub və gənclərin liderlik qabiliyyəti mövzusunda açıq havada təlim keçib. Düşərgə iştirakçılarının böyük maraqla qarşıladığı təlim kütlə qarşısında çıxış, özünü təqdimetmə, motivasiya, PR, NLP, yaddaş texnikaları və digər mövzulara həsr edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar