Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi məqsədi ilə yanvarın 17-dən fevralın 17-dək elan edilən müsabiqənin nəticələri açıqlanıb. GİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, müsabiqəyə 155 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim edib. 10 qeyri-hökumət təşkilatı gənclər təşkilatı olmadığından onların layihələri baxılmadan geri qaytarılıb. Ümumilikdə 145 gənclər təşkilatının layihəsi müsabiqənin qaydalarına uyğun olaraq ətraflı təhlil edilib və öyrənilib. Nəticədə 110 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 2020559 manat və 115000 avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.