Gəncədə yeni körpü tikiləcək
18 oktyabr 2013 11:38 (UTC +04:00)

Gəncədə yeni körpü tikiləcək

Gəncənin mərkəzində avtomobil sıxlığını aradan qaldırmaq üçün yeni körpü salınacaq.


 

APA-nın qərb bürosunun məlumatına görə, bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə bu ilin 9 ayı ərzində görülən işlərlə bağlı hesabat yığıncağında bildirib. E. Vəliyev deyib ki, hazırda şəhəri iki hissəyə bölən Gəncə çayı üzərində 7 körpü var və bu körpülər uzun müddət, təmir edilmir.

 

“Nəqliyyat naziri Ziya Məmmədov Gəncədə olanda onunla söhbətimiz oldu. Şəhərdəki 7 körpünün əsaslı təmir edilməsinə razılıq verilib, gələn il mövcud körpülərdə əsaslı təmir işlərinə başlanılacaq”, - deyə o bildirib.  

 

E. Vəliyev əlavə edib ki, şəhərdə avtomobillərin sıxlığını azaltmaq üçün Gəncə çayı üzərində Gülüstan qəsəbəsi istiqamətdə yeni körpü də salınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Oxşar yazılar