Gəncədə Qazi Qarabağ azanı səsləndi
26 aprel 2014 15:47 (UTC +04:00)

Gəncədə Qazi Qarabağ azanı səsləndi

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəsinə dəstək məqsədilə növbəti görüşünü qədim Gəncə şəhərində keçirib.

 

Tədbirdə ilk öncə Qazi Qarabağ azanı səsləndirilib. Tədbirdə birliyin sədri Sevinc Əzimbəyli “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəyə öz təşəbbüsləri ilə dəstək verdiklərini bildirib. O, Qazi Qarabağ azanını ölkədə milli vətənpərvərlik ruhunun dirçəlməsi yolunda mübarək bir vəsilə olduğunu, hər bir inanclı ölkə vətəndaşının bu məqsədlə səfərbər olmasının vacibliyini söyləyib. Sevinc Əzimbəyli bütün Gəncə şəhər sakinlərini bu azanın təbliğində aktiv olmağa çağırıb.

 

Sonra Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, ölkədə milli-mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev olduğunu bildirib. O, Azərbaycanda dini tolerant şəraitdə məzhəblərarası münasibətlərin qızışdırılmasına şərait yaradan qüvvələrin zərərsizləşdirilməsində hər kəsi dövlətə dəstək olmağa çağırıb. O, son günlər Suriyada döyüşən azərbaycanlı gənclərin yanlış yolda olduğunu qeyd edib. "Bu gün Suriya torpaqlarında öldürülən Azərbaycan gənclərinin cihad yeri doğma Qarabağ, şəhidliyə gedən yolda istinad nöqtəsi isə Seyid Mübariz İbrahimovdur" - deyə Seyid Camal Əzimbəyli bildirib.

 

Tədbirdə Gəncə şəhər ziyalıları, nüfuzlu din adamları və gənclər iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar