<b>Gələn ilin təhsil xərcləri açıqlandı </b>
29 sentyabr 2016 13:04 (UTC +04:00)

Gələn ilin təhsil xərcləri açıqlandı

0

 

Növbəti ildə təhsil  xərcləri üçün 1859,5 mln. manat vəsait ayrılıb.

 

 

Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə 2017-ci il üçün dövlət büdcəsinin layihəsində qeyd olunub.

 

Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,2 faiz təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 1,3 faiz-bənd çoxdur.

 

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 981,1 mln. manatı və ya 52.8 faizi ümumi təhsil xərclərinin, 589,4 mln. manatı və ya 31,7 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin ( dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.) , 165, 2 mln. manatı və ya 8,9 faizi məktəbəqədər təhsil xərclərinin, 44,9 mln. manatı və ya 2,4 faizi orta ixtisas təhsili xərclərinin, 41,4 mln. manatı və ya 2,2 faizi ali təhsil xərclərinin , 33,8 mln. manatı və ya 1,8 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 mln. manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 403

Oxşar yazılar