Gələn həftədən magistraturaya sənəd qəbulu başlayır
08 fevral 2014 10:37 (UTC +04:00)

Gələn həftədən magistraturaya sənəd qəbulu başlayır

Ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu fevralın 11-dən 20-dək davam edəcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

 

Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 2-də, ikinci mərhələsi isə mayın 25-də keçiriləcək. Proqram seçimi mayın 1-dən 5-dək, ixtisas seçimi mayın 29-dan iyunun 1-dək davam edəcək.

 

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar. 

 

 Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar