"Gələn aydan ölkədə fəaliyyət göstərən mobil operatorların qiymətləri aşağı salması gözlənilir”.
"Movqe.az"ın məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əliyar Dəmirov bildirib. Onun sözlərinə görə, mobil operatorları buna nömrə daşınması xidmətinin tətbiqi vadar edəcək: "Nömrə daşınması xidməti tətbiq olunduqdan sonra, mobil operatorlar arasında ciddi rəqabət mühiti yaranacaq. Çünki, bu xidmətin tətbiqi bəzi mobil operatorları öz abunəçilərini itirmək təhlükəsi ilə üz-üzə qoya bilər. Hətta mən deyərdim ki, mobil operatorlar indidən qiyməti aşağı salmalıdırlar ki, nömrə daşınması xidməti tətbiq olunduqdan sonra öz abunəçilərini itirməsinlər. Hər halda nömrə daşınması xidməti tətbiq olunduqdan sonra mobil rabitə qiymətlərinin ucuzlaşacağı qaçılmazdır”.