Azərbaycanda iyunda 3 gün qeyri-iş günü olacaq. Lent.az-ın məlumatına görə, buna səbəb gələn ay ölkəmizdə Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Gününün bayram günü qeyd edilməsidir. İyunun 15-i (Milli Qurtuluş Günü) bazar gününə düşdüyündən iyunun 16-sı da (bazar ertəsi günü) qeyri-iş günü hesab olunacaq.
Silahlı Qüvvələr Günü (26 iyun) isə həftənin dördüncü gününə təsadüf edəcək. Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.