Nazir Fizuli Ələkbərov növbəti vətəndaş qəbulunu Mingəçevirdə keçirəcək. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirin növbəti dəfə görüşü oktyabrın 18-də baş tutacaq. Qəbul zamanı bölgədə yerləşən rayonların (Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Goranboy, Naftalan) 70 nəfərdən artıq sakininin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək. Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.
Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.