Fizuli Ələkbərov aztəminatlı ailələrlə görüşdü
27 sentyabr 2013 17:56 (UTC +04:00)

Fizuli Ələkbərov aztəminatlı ailələrlə görüşdü

Sentyabrın 27-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Sumqayıt şəhərində birdəfəlik ünvanlı sosial yardım - «Özünədəstək» pilot proqramına cəlb olunmuş ailələrlə görüşüb və onların yardımçı təsərrüfatlarının mövcud vəziyyətinə baxış keçirib. Bu barədə Lent.az-a Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə nazir Fizuli Ələkbərov ölkəmizdə yoxsulluğun tam aradan qaldırılmasının prezident İlham Əliyevin uğurlu siyasətinin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, icra olunan sosial reabilitasiya proqramları da nəticə etibarilə yoxsulluğun aradan qaldırılmasına xidmət edən bir tədbirdir. Özlərindən asılı olmayaraq yoxsulluq şəraitində yaşayan, lakin sosial reabilitasiya olunmaq üçün müvafiq potensialı olan hər bir ailənin «Özünədəstək» proqramına cəlb olunması nəzərdə tutulur.  Tədbirdə qeyd olunub ki, Sumqayıt şəhərində seçilmiş 15 ailədən 7 ailə əmtəə və xidmətlərin istehsalı üzrə, 8 ailə isə şəxsi-yardımçı təsərrüfatın inkişafı üzrə proqrama cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar