Ədliyyə naziri Fikrət Məmmədov Bərdə şəhərində Ağdam, Ağcabədi və Bərdə rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçından olan məcburi köçkünlərin qəbulunu keçirib. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Əədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Səfər zamanı ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşüb, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub,
problemlərlə maraqlanıb.