Fikrət Məmmədov vətəndaşları qəbul edəcək
03 fevral 2014 17:23 (UTC +04:00)

Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 7-də Naftalan şəhərində vətəndaşların qəbulu keçiriləcək. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Naftalan, Mingəçevir, Yevlax şəhərlərində, Goranboy və Tərtər rayonlarında yaşayan vətəndaşların, habelə Xocalı şəhərindən olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar