Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iyunun 11-də Göyçay şəhərində vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçın rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Göyçay regional ədliyyə şöbəsi (telefonu: (02167) 4-30-41; 050-383-89-92; Göyçay şəhəri, Nizami küçəsi 111), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və “[email protected]” elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı da yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.