FHN Lənkəran məktəblərində maarifləndirici tədbirlər keçirib
11 dekabr 2013 20:04 (UTC +04:00)

FHN Lənkəran məktəblərində maarifləndirici tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi dekabrın 11-də Lənkəran rayonunun V.Süleymanov adına Türkəkəran və Ə.Nəsirov adına Tütəpeştə kənd orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı?” və “Yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir!” mövzularında maarifləndirmə tədbirləri keçirib.

 

APA-nın cənub bürosunun məlumatına görə, təbliğat xarakterli tədbirlərdə Lənkəran şəhər Təhsil Şöbəsinin nümayəndələri və məktəb rəhbərləri regionda fəaliyyət göstərən idarə və müəssisələrdə əhalinin fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik qaydalarının mənimsənilməsi məqsədilə FHN-in qurumları tərəfindən keçirilən silsilə tədbirlərin vacibliyini və bu sahədə görülən işlərə yüksək qiymət verdiklərini bildiriblər.

 

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli”, “Təhlükələr zamanı təşvişin, ajiotajın yaranmasının səbəbləri və qarşısının alınması”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları”, “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq” və “112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” mövzularında məruzələr dinlənilib.

 

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunub.   

 

Daha sonra məktəb binalarının təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə məktəbin təchiz olunmasının vacibliyi məktəb rəhbərlərinin diqqətinə çatdırılıb.

 

Sonda “Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video çarx nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054
avatar

Oxşar yazılar