FHN əməkdaşları üçün yeni yaşayış binaları tikilib - YENİLƏNİB
10 dekabr 2013 19:17 (UTC +04:00)

FHN əməkdaşları üçün yeni yaşayış binaları tikilib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verilib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün Bakının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında 12 mərtəbəli, hər biri 1 bloklu 144 mənzilli iki yaşayış binası FHN əməkdaşlarının istifadəsinə verilib.

 

Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Nazir istifadəyə verilən mənzillərin şəraiti ilə tanış olub. Mənzillərin açarlarını sahiblərinə təqdim edən K. Heydərov bildirib ki, nazirliyin əməkdaşlarının mənzillə təmin edilməsi Azərbaycan prezidenti İlham Əliyevin FHN əməkdaşlarına diqqət və qayğısının təzahürüdür.

 

Qeyd edək, 144 mənzildən 48-i 3 otaqlı, 96-sı 2 otaqlıdır. Binanın həyətində futbol meydançası, yaşıllıq, uşaq parkı, avtomobil dayanacağı salınıb. Tam təmir olunmuş mənzillərə qaz, su, işıq xətləri çəkilməklə “Kombi” istilik sistemi quraşdırılıb. Binanın inşa olunduğu ərazidə əvvəllər Suraxanı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının yaşadığı 2 mərtəbəli yataqxana olub. Sökülən yataqxanada yaşayan hər bir ailə də yeni inşa olunmuş binada mənzillərlə təmin olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Oxşar yazılar