Fevral ayının əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Ayın əvvəlində gecələr 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti olacaq, ayın sonunda 14 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarın iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-24 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 1-4 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr 10-15, bəzi günlərdə 20-25 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-9 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 11-29 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 14-18 dərəcə şaxta, bəzi günlərdə 4-9° şaxta təşkil edəcək. Gündüzlər ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-35 mm) olacaq.
Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində 0-5 dərəcə şaxta, bəzi günlərdə 2-7 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-36 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 8-13 dərəcə şaxta, bəzi günlərdə 1-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta təşkil edəcək. Gündüzlər ayın əvvəlində 1-6 dərədə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-55 mm) olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 5-8 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində 0-5 dərəcə şaxta, bəzi günlərdə 5-10 dərəcə isti olacaq, ayın sonunda 12-16 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-35 mm) olacaq.
Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 8-13 dərəcə şaxta gözlənilir. Gündüzlər ayın əvvəlində 0-4 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 44-105 mm) olacağı gözlənilir.