Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə 2-4 dərəcə şaxta olacaq, şimal küləyi arabir güclənəcək. Bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.