ETSN 195400 manat məbləğində cərimə tətbiq edib
07 iyun 2013 10:41 (UTC +04:00)

ETSN 195400 manat məbləğində cərimə tətbiq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 16-31 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
 

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 181 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli məcburi göstəriş verilib.


Ümumilikdə, 49 iş üzrə 195400 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 1555,89 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 114 iş üzrə 24692,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qruplarına 28, məhkəmələrə isə 1 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar