
ETSN-də YENİ TƏYİNAT
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub. Mürsəl Əliyev Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Lent.az-a ETSN-dən bildirilib.
Qeyd olunur ki, bu təyinata qədər M.Əliyev ETSN-nin Mineral Xammal Analitik Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktoru və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifələrində çalışıb.
Texnika elmləri doktoru, professor, Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə Ekspert Komissiyasının üzvü olan Mürsəl Əliyev 90-dan artıq elmi əsərin, 6 kitabın, 4 dərs vəsaitinin, 2 metodik vəsaitin və 3 ixtiranın müəllifidir.
Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38