Ət bahalaşıb
05 iyun 2013 11:06 (UTC +04:00)

Ət bahalaşıb

Dövlət Statistika Komitəsi 2013-cü ilin may ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, mayda satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətləri 0.2 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 5,1 faiz bahalaşıb. Lakin ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,4 faiz, arpanın 0,4 faiz, kartofun 0,2 faiz, kələmin 2,2 faiz, baş soğanın 2,3 faiz, qırmızı turpun istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb, pomidorun istehsalçı qiymətləri 0,2 faiz, xiyarın 13,8 faiz, göyərtilərin 3,9 faiz, quru otun 8,2 faiz, yoncanın 7,6 faiz, baş sarımsağın istehsalçı qiymətləri isə 1 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,5 faiz ucuzlaşı. Qozun istehsalçı qiymətləri 0,2 faiz, limonun istehsalçı qiymətləri isə 11 faiz bahalaşıb.

Bununla yanaşı, diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,6 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,2 faiz, inəyin 1,9 faiz, camışın 0,4 faiz, hind toyuğunun 0,8 faiz, südün 0,3 faiz, yumurtanın 14,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,3 faiz ucuzlaşıb.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 2,8 faiz ucuzlaşma müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050

Oxşar yazılar