Erməni dramaturqu: “Azərbaycanın oğlumu düşmən görməsini istəmirəm”
10 mart 2014 20:04 (UTC +04:00)

Erməni dramaturqu: “Azərbaycanın oğlumu düşmən görməsini istəmirəm”

“İstəmirəm ki, mənim oğlumu Azərbaycan düşmən kimi görsün. Mən yorulmuşam, müharibə istəmirəm”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneulinin Təkəli kəndində Cənubi Qafqaz ölkələri nümayəndələrinin görüşü zamanı erməni dramaturqu Samvel Beqlaryan deyib. Onun fikrincə, Qarabağ məsələsini Rusiya həll etməlidir: “Əgər Azərbaycan bizə Qarabağda yaşamaq icazəsi veribsə, biz buna razıyıq və razılığımızı bildiririk”.

S.Beqlaryan APA-ya açıqlamasında Qarabağ münaqişəsində və Ermənistanın inkişafında Rusiyanın rolu barədə fikirlərini bildirib: “Zər Rusiyanın əlindədir. Bizim kimi kiçik xalqları Rusiya “udur”. İndi Azərbaycana, Türkiyəyə yolumuz açıq deyil. Buna görə də biz yaşamaq və dövlətimizi yaşatmaq üçün hərdən aşağılayıcı təklifləri qəbul edirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar