Erkən nikahın qarşısının almaq üçün maarifləndirmə tədbirləri keçirilib
26 avqust 2014 18:33 (UTC +04:00)

Erkən nikahın qarşısının almaq üçün maarifləndirmə tədbirləri keçirilib

“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi “Özünü tanı, hüququnu bil!” adlı layihəsi çərçivəsində Şəmkir və Göygöl bölgələrində maarifləndirici seminarlar  təşkil edib.

Lent.az-ın xəbərinə görə, seminarlarda gənc qızlar və qadınlar fərdi inkişaf yolları, erkən nikahın yaranma səbəbləri, fəsadları və aradan qaldırılma üsulları, Azərbaycan Respublikası qanunvericiliyinin erkən nikah və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş müddəaları, həmçinin layihənin effektivliyinin artırılması məqsədilə hazırlanmış çap və təbliğat məhsulları ilə tanış olublar.

“Özünü tanı, hüququnu bil!” adlı seminar Şəmkirdə avqustun 22-də, 23 avqust tarixli seminar isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon Ailələrə Dəstək Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Göygöl bölgəsində keçirilib. Tədbirlər problemin yerli icmalar ilə müzakirəsi zəminində ictimai dinləmələr və Kəpəz TV-də eyni “Özünü tanı, hüququnu bil!” adlı, mövzu ilə bağlı müxtəlif ekspert və qonaqların iştirakı ilə hazırlanacaq televiziya proqramı şəklində, oktyabr ayınadək davam edəcək.

Xatırladaq ki, Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən layihənin başlıca məqsədi bölgələrdə qızların maarifləndirilməsi, təhsilə cəlb olunması, onları fərdi inkişafa yönəldərək erkən nikah və məişət zorakılığının qarşısının alınmasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002
avatar

Oxşar yazılar