Enerji içkiləri ilə bağlı yeni qərar icra olunur? - <span style="color:red;">CAVAB
18 iyun 2019 14:50 (UTC +04:00)

Enerji içkiləri ilə bağlı yeni qərar icra olunur? - CAVAB

Enerji içkiləri ilə bağlı problemlər öz aktuallığını qoruyur.

Bir neçə gün öncə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edib.

Agentliyin enerji içkiləri ilə bağlı açıqlamasında maarifləndirici məlumatlar da yer alıb.

Qeyd olunub ki, enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur.

Enerji içkilərindən normadan artıq istifadə orqanizmdə kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”na əsasən bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunmuş həddi keçməməli, bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır.

Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Xatırladaq ki, normalar qəbul edildiyi gündən 60 gün sonra qüvvəyə minir. Qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.

Bəs qəbul olunmuş qaydalar Azərbaycan istehlakçısına hansı faydaları gətirəcək?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında Azərbaycanda Avstrya səfirliyinin enerji içkiləri ilə bağlı keçirdiyi tədbiri xatırladıb.

Onun sözlərinə görə, tədbirdə “Redd Bull”un regional nümayəndəsi, xarici ölkədən gələn nümayəndələr eneji içkilərinin lobbiçiliyini aparan çıxışlar edirdilər: “Onlar deyirdilər ki, azad bazar istisadiyyatıdır. Biznes qurumları üçün rahat şərait yaradılıb və kim nə istəyirsə, gətirib sata bilər. Yəni tələb olduğu üçün bunun qarşısını qadağa ilə almaq mümkün deyil. Ona görə də biz çalışırıq ki, enerji içkiləri ilə bağlı “pisin ən pisini” tapaq. Hazırda yığdığımız enerji içkilərini xarici ölkələrdəki laboratoriyada yoxlatdırıb ifşa etmək istəyirik”.

E.Hüseynov bildirdi ki, AİB-in enerji içkilərinin əlçatımlığının azaldılması ilə bağlı parlament və Vergilər Nazirliyinə verdiyi təkliflər nəticə verdi və qiymətlər qaldırıldı.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin yeni qəbul etdiyi qaydalar enerji içkilərinin təhlükə riskini xeyli aşağı salacaq: “Üstəlik, yerli enerji istehsalı da mövcuddur. Onların artıq bir neçə ay öncədən içkilərin tərkibinin dəyişdirilib daha az zərərli olması üçün təşəbbüslər etdikləri haqqında mənə məlumat verilib. Yəni agentliyin qaldırdığı məsələ yerindədir. Enerji içkilərinin təhlükəlilik riskinin aşağı salınması üçün hüquqi sənəd olacaq”.

AİB sədri onu da qeyd etdi ki, "Coca-cola", "Pepsi-cola"nın da tərkibinə baxılması və bu sahədə müəyyən tədqiqat və dəyişikliklərin aparılmasına ehtiyac var

Həkim-narkoloq Asif Kəngərli Lent.az-a bildirb ki, enerji içkiləri insanda asılılıq yaratdığı üçün istifadəsi məsləhət deyil.  

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340
avatar

Aygün İbrahimli

Oxşar yazılar