Elnarə Tofiqqızının vəfat etdiyi klinika  bağlandı
29 aprel 2014 17:42 (UTC +04:00)

Elnarə Tofiqqızının vəfat etdiyi klinika bağlandı

Əməliyyat masasında dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının əməliyyat olunduğu “Medi Sina” Tibb Mərkəzinin fəaliyyəti dayandırılıb. Lent.az-ın məlumatına görə, bu barədə axar.az saytına hüquqşünas Səməd Vəkilov deyib.

 

Onun sözlərinə görə, aprel ayının əvvəllərində sözügedən cinayət işi Nəsimi Rayon Prokurorluğundan alınaraq yenidən araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna verilib. Hazırda işi müstəntiq Vaqif Süleymanov araşdırır. Onun təcrübəli müstəntiq olduğunu deyən S. Vəkilov sözügedən cinayət işinin obyektiv araşdırılaraq ədalətli qərar veriləcəyinə ümid etdiklərini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1876
avatar

Oxşar yazılar